Qeyd.Bu yazı sadəcə girişdir.Sonrakı yazılarımda TCP UDP və SCTP -nin hərəsini ayrı-ayrılıqda geniş izah edəcəyəm
TCP,UDP və SCTP nədir?
TCP, UDP və SCTP şəbəkələr üzərindən məlumat ötürülməsini təmin edən üç fərqli protokoldur. Onların hər biri müxtəlif tələblər və istifadə senariləri üçün nəzərdə tutulub və məlumatların ötürülməsi prosesinin necə olacağını müəyyənləşdirir. Bu protokollar müxtəlif funksional xüsusiyyətlərə malikdir və hərəsinin müəyyən vəziyyətlər üçün üstünlükləri və çatışmamazlıqları vardır.TCP,UDP və SCTP nədir?
Qısa şəkildə də desək servislər(HTTP,SMPT,FTP,DHCP,DNS və s. ) ya UDP ya TCP ya da hər ikisi vasitəsilə(yerinə görə ikisindən birini seçərək) qoşulmanı gerçəkləşdirir.Yəni bəzi servislər sadəcə ya TCP ya da UDP ilə işləyə bilir,bəziləri isə hər ikisini istifadə etmə qabiliyyətinə malikdir.
İndi isə görək bunlar tam olaraq qoşulmanı necə həyata keçirir:
UDP ----- User Datagram Protokol
UDP məlumatı birbaşa hədəfə ötürür. Yəni, çatıb-çatmamasını yoxlamır, qoşulma prosesi olmur bu protokolda. UDP göndərilən paketlərin yolda itməsi ilə maraqlanmır və əgər paketdə çatışmazlıq varsa, bunu təzədən hədəfə göndərmir. UDP canlı yayımlarda istifadə olunur.UDP istifadə edən bəzi servisler:UDP ----- User Datagram Protokol
1.DNS
2.DHCP
3.VoIP
4.NTP (Network Time Protocol)
5.RTSP və sair.
TCP ----- Transmission Control Protocol
TCP Connection-Oriented bir protokoldur. TCP, məlumatların təhlükəsiz və düzgün bir sıra ilə alıcılara çatdırılmasını təmin edən şəbəkə protokoludur. TCP, TCP/IP-nin əsaslarından biridir. TCP təhlükəsizlik lazım olan yerlərdə istifadə olunur. Məsələn, sənəd mübadiləsi, e-poçt göndərmək və sair. Təhlükəsizlik baxımından UDP-dən daha yaxşıdır, ancaq UDP-dən olduqca yavaşdır, səbəbi isə aşağıdadır.TCP ----- Transmission Control Protocol
TCP qoşulmaq üçün Three-Way Handshake adlandırdığımız bir prosesdən istifadə edir. Bəs bu proses necə baş tutur?
1.Məlumatı göndərən cihaz, alıcıya SYN (synchronize) mesajını göndərir və bununla da bağlantı qurmaq istədiyini bildirir.
2.Alıcı, məlumatı göndərənə SYN mesajını geri göndərir və yanında ACK (acknowledgement) mesajını da göndərir.
3.Məlumatı ötürmək istəyən cihaz, alıcıya geri ACK mesajı göndərir və qoşulma baş tutur, yəni bağlantı qurulur.
TCP istifadə edən bəzi servisler:
1.HTTP
2.HTTPS
3.POP3
4.SSH
5.SMTP və sair
SCTP ----- Stream Control Transmission Protocol
SCTP ----- Stream Control Transmission Protocol
SCTP məlumatların ötürülməsi üçün istifadə olunan bağlantı əsaslı və təhlükəsiz bir protokoldur. SCTP, TCP və UDP protokollarından fərqli olaraq, həm təhlükəsizliyi, həm də daha çox imkanları və sürəti bizə təklif edən bir protokoldur. SCTP, telekomunikasiya sistemləri, mobil şəbəkələr kimi sahələrdə daha yüksək səviyyəli xidmətlər vermək üçün yaradılmışdır.Yəni loru dildə desək SCTP = UDP+TCP
SCTP-də məlumatlar seqmentlər şəklində göndərilir. SCTP hər seqmentin təhlükəsiz və tam şəkildə ötürülməsini təmin edir.
SCTP ən çox VoIP (Voice over IP) və 3G, 4G, 5G kimi mobil telekommunikasiya sahələrində istifadə olunur.