Ferid60
İstifadəçi
- İsmarıclar
- 3
- Reaksiya xalı
- 13
- Qoşuldu
- 8 Avq 2023
1 illik istifadəçi
Hazırda dünyada ən geniş yayılmış kompüter virusu proqramıdır. Troya müharibəsinin taleyini həll edən "Troya atı" ifadəsindən yaranan bu virus adətən email və ya pulsuz yüklənən faylda gizlənərək istifadəçinin cihazına ötürülür. Yükləndikdən sonra zərərli kod korporativ sistemlərə giriş üçün arxa qapı rolu oynayır, məlumatları oğurlayır və şəbəkəni zədələyərək kompüter sistemini məhv edir. Troyanın cihazda aktiv olduğunu göstərən hallara kompüter parametrlərinin gözlənilmədən dəyişdirilməsi kimi qeyri-adi fəaliyyətləri misal göstərə bilərik.